NASA kosmonavtları Beynəlxalq Kosmik Stansiyasında uğurlu əməliyyat keçiriblər

NASA kosmonavtları Beynəlxalq Kosmik Stansiyasında uğurlu əməliyyat keçiriblər
  • Clock-gray 07:18
  • calendar-gray 07 Oktyabr 2019

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) kosmonavtları Kristina Kuk, Endryu Morqan və Cessika Meir bazar günü Beynəlxalq Kosmik Stansiyasında (BKS) uğurlu əməliyyat həyata keçirib. Belə ki, onlar kosmosda qurğuların batareyalarını dəyişiblər.

APA TASS-a istinadla xəbər verir ki, bu barədə NASA-nın saytında qeyd edilib.

Stansiyada batareyaların dəyişdirilməsi üçün əvvəlcədən 6 saat yarım planlaşdırılsa da, bu iş təxminən yeddi saat davam edib. 

Kosmonavtlar saat 07:39-da işə başlayaraq köhnə hidrogen-nikel elementlərinin yerinə iki yeni litium-ion batareyası quraşdırıblar. 

Oktayabrın 16-sı, 21-i və 25-də kosmosda analoji işlər davam etdiriləcəyi bildirilib. 

Qeyd edək ki, hazırda adıçəkilən NASA kosmonavtları ilə yanaşı, Rusiya kosmonavtları Aleksandr Skvortsov, Oleq Skripoçka, habelə Avropa Kosmik Agentliyinin nümayəndəsi Luka Parmitano (İtaliya) da Beynəlxalq Kosmik Stansiyasındadırlar.

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date