Pompeo BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqə dair iclasında iştirak edəcək

Pompeo BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqə dair iclasında iştirak edəcək
# 17 avqust 2019 03:16 (UTC +04:00)

ABŞ-ın dövlət katibi Mayk Pompeonun gələn həftənin çərşənbə axşamı günü BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq məsələlərinə həsr olunacaq iclasında iştirak etməsi planlaşdırılır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşanın Təhlükəsizlik Şurasındakı daimi nümayəndəliyindən bildirilib.

“Gözlənildiyi kimi, cənab Pompeo BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülhə və təhlükəsizliyə dəstək: Yaxın Şərqdə sülhə və təhlükəsizliyə çağırış” mövzusundakı iclasında iştirak edəcək, görüş saat 15:00-a təyin olunub”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR