Tramp İrana qarşı 40 illik sanksiyanın müddətini yenə uzadıb

Tramp İrana qarşı 40 illik sanksiyanın müddətini yenə uzadıb
  • Clock-gray 01:45
  • calendar-gray 13 Noyabr 2019

ABŞ prezidenti Donald Tramp İrana qarşı 40 il əvvəl qəbul olunmuş sanksiya haqqında fərmanın müddətini növbəti dəfə uzadıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə amerikalı liderin hökumət sənədləri bazasında dərc edilərək Konqresə göndərdiyi məktubda deyilir.

“Bizim İranla münasibətlərimiz hələ də normallaşdırılmayıb”, - deyə Tramp bildirib.

O, 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin iranlı tələbələr tərəfindən tutulmasından sonra prezident Cimmi Karter tərəfindən imzalanmış 12170 saylı fərmanın müddətini daha bir il uzadıb. Fərman ABŞ hakimiyyət orqanlarına sanksiyalar tətbiq etmək və digər addımlar atmaq, habelə İranla ticarəti tənzimləmək üçün geniş səlahiyyətlər verir. Xüsusilə, ABŞ yurisdiksiyasında İranın istənilən dövlət əmlakını bloklaya bilir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date