ABŞ 100-dən artıq Belarus vətəndaşına sanksiya tətbiq edib

Entoni Blinken

© APA | Entoni Blinken

# 09 avqust 2022 16:53 (UTC +04:00)

ABŞ Prezident Aleksandr Lukaşenkonun ailə üzvləri də daxil olmaqla, 100-dən artıq Belarus vətəndaşına qarşı sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken “Twitter”də bildirib.

O, sanksiyaların Belarusda keçirilən və ABŞ-ın nəticələrini legitim saymadığı seçkilərin ikinci ildönümü ilə bağlı qəbul edildiyini qeyd edib.

Dövlət katibi ABŞ-ın Belarus xalqının demokratik gələcəyinə dəstək verəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR