ABŞ Çinin hava şarını vurub

ABŞ Çinin hava şarını vurub
# 04 fevral 2023 23:54 (UTC +04:00)

ABŞ hava məkanına daxil olan Çin hava şarını vurub.

APA “Associated Press”ə istinadən xəbər verir ki, hazırda sudan tullantıların çıxarılması üzrə əməliyyat aparılır.

Hələlik başqa təfərrüatlar verilməyib.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi aşkar edilən Çin müşahidə şarını təhlükəli hesab etmirdi.

Pentaqon onun sonrakı hərəkətini izlədiyini və hadisələrin gedişatına reaksiya vermək üçün müxtəlif variantları nəzərdən keçirdiyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR