ABŞ-da 2 nəfər Çinin maraqlarına uyğun qanunsuz fəaliyyətdə ittiham edilib

ABŞ-da 2 nəfər Çinin maraqlarına uyğun qanunsuz fəaliyyətdə ittiham edilib
# 27 may 2023 07:33 (UTC +04:00)

ABŞ Ədliyyə Nazirliyi rəsmi olaraq ittiham irəli sürüb və iki nəfərin həbsinə icazə verib.

APA-nın ABŞ Ədliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, onlar Çin hökuməti üçün qeyri-qanuni fəaliyyətdə şübhəli bilinirlər.

Çin vətəndaşı Lin Feng və ABŞ vətəndaşı Con Çen ABŞ-da saxlanılıb. Onlar Çin hökumətinin maraqlarına uyğun fəaliyyətdə şübhəli bilinirlər. Onlar həmçinin ABŞ-da məmura rüşvət verməkdə, habelə çirkli pulların yuyulmasında ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR