ABŞ-da inflyasiya 40 illik maksimuma çatıb

ABŞ-da inflyasiya 40 illik maksimuma çatıb
# 12 iyun 2022 05:52 (UTC +04:00)

Mayda ABŞ-da inslyasiya 0,3% artaraq 8,6%-ə yüksəlib ki, bu da 1981-ci ildən sonra ən yüksək göstəricidir.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Əmək Departamenti məlumat yayıb. Qurumun hesabatında göstərilir ki, bahalaşma bütün sektorları əhatə edib. ən ciddi bahalaşma yanacaq, ərzaq və mənzil qiymətlərində qeydə alınıb. İl ərzində enerji daşıyıcılarının qiyməti 34,6% bahalaşaraq 2005-ci ildən sonra ən yüksək həddə çatıb.

Ekspertlər bahalaşmanı başlıca olaraq Ukrayna münaqişəsi ilə izah edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR