ABŞ-ın ATƏT-dəki səfiri: "Rusiya işğal etdiyi Ukrayna ərazilərində qeyri-qanuni referendum keçirməyə hazırlaşır"

Mişel Karpenter

© APA | Mişel Karpenter

# 28 aprel 2022 20:08 (UTC +04:00)

Rusiya işğal etdiyi ərazilərdə saxta referendum keçirməyə hazırlaşır və qlobal ictimaiyyət bu qeyri-qanuni referendumun nəticələrini tanımayacaq.

APA xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki Nümayəndəliyinin rəhbəri, səfir Mişel Karpenter deyib.

O bildirib ki, qeyri-qanuni referendum qlobal səviyyədə dəstək almayacaq.

"Rusiya işğal etdiyi ərzilərdəki əhalini Rusiyaya və nəzarətində saxladığı Donbasa sürgün edərək təcrid düşərgələrinə yerləşdirir.

Bizim etibarlı mənbələrdən aldığımız məlumatlar göstərir ki, Rusiya işğal etdiyi Ukrayna ərazilərində demokratik qaydada seçilmiş yerli hökumət təmsilçilərini, aktivistləri, müstəqil jurnalistləri oğurlayır, onlara işgəncə verir, qətlə yetirir", - Karpenter bildirib.

O deyib ki, Ukraynadakı müharibə azadlıq, suverenlik, beynəlxalq hüquq və prinsiplərin qorunması naminə gedir.

ABŞ diplomatı Moldovada separatçı bölgə olan Dnestryanı bölgədəki vəziyyətə də toxunub: "Biz vəziyyəti yaxından izləyirik, Moldova hökuməti ilə yaxın təmasdayıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR