Bayden III Çarlzın tacqoyma mərasimində iştirak etməyəcək

Bayden III Çarlzın tacqoyma mərasimində iştirak etməyəcək
# 01 aprel 2023 06:36 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden Böyük Britaniya kralı III Çarlzın may ayında Londonda keçiriləcək tacqoyma mərasimində iştirakla bağlı dəvətindən imtina edəcək.

APA-nın məlumatına görə, “The Daily Telegraph” qəzeti mənbələrə istinadən yazıb ki, onun əvəzinə mərasimə ABŞ-ın birinci xanımı Cil Bayden gələ bilər.

Nəşrin yazdığına görə, xaricə səfərlər 80 yaşlı Amerika prezidenti üçün çox yorucudur, bununla əlaqədar Vaşinqton administrasiyası onların sayını minimuma endirməyə çalışır, cədvəldə yalnız ən zəruri xarici səfərləri saxlayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR