Bayden Kiyevə əlavə hərbi yardımı müzakirə edib

Bayden Kiyevə əlavə hərbi yardımı müzakirə edib
# 20 aprel 2022 02:22 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden və müttəfiq ölkələrin liderləri Ukraynaya əlavə hərbi yardımların verilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

APA TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

“Bəli, prezident Bayden və digər ölkələrin liderləri bu səhər Ukraynaya əlavə sursat və hərbi yardım göstərmək barədə danışdılar”,- deyə Psaki bildirib.

Ağ Evin məlumatına görə, vidobağlantı vasitəsi ilə keçirilən görüş təxminən bir saat yarım davam edib.

Videokonfransda Bayden ilə yanaşı, Böyük Britaniya, İtaliya, Kanada, Polşa, Rumıniya, Fransa, Almaniya, Yaponiya liderləri, həmçinin Avropa Komissiyasının sədri, Avropa Şurasının rəhbəri və NATO-nun baş katibi iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR