Co Bayden Nümayəndələr Palatasının sədri Pelosi ilə Kiyevə səfərini müzakirə edib

ABŞ Prezidenti Co Bayden

© APA | ABŞ Prezidenti Co Bayden

# 02 may 2022 01:15 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə Kiyevə səfərini müzakirə edib.

APA xəbər verir k, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi məlumat verib.

“Prezident Bayden Polşadan qayıtdıqdan sonra bu gün Pelosi ilə Ukraynaya səfərini və həmkarı Zelenski ilə görüşünü müzakirə edib”, - deyə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Demokratlar Partiyasını təmsil edən və ABŞ hökumətində üçüncü ən yüksək vəzifəyə sahib olan Pelosi bir qrup ABŞ nümayəndəsi ilə Zelenski ilə görüşüb.

Nümayəndələr Palatasının spikerinin sözlərinə görə, ABŞ nümayəndə heyəti Ukrayna tərəfini əmin edib ki, Amerika bu ölkəyə əlavə dəstək verəcək.

Pelosinin sözlərinə görə, onun Kiyevə səfəri ABŞ-ın Ukraynanı güclü şəkildə dəstəklədiyini nümayiş etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR