KİV: ABŞ-da təcili yardım helikopteri qəzaya uğrayıb, 4 nəfər xəsarət alıb

KİV: ABŞ-da təcili yardım helikopteri qəzaya uğrayıb, 4 nəfər xəsarət alıb
# 12 yanvar 2022 01:18 (UTC +04:00)

Yanvarın 11-də Yerli vaxtla 13:00-da (Bakı vaxtı ilə 22:00) ABŞ-ın Dreksel Hill şəhərində (Pensilvaniya ştatı) təcili yardım helikopteri qəzaya uğrayıb.

APA “CBS Philly” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində helikopterdə olan 4 nəfər xəsarət alıb.

Telekanalın məlumatına görə, göyərtəsində körpənin olduğu helikopter Merilenddən Filadelfiyadakı Uşaq Xəstəxanasına doğru uçurmuş.

Hadisə yerinə 30-a yaxın yanğınsöndürən və 7 tibb işçisi gəlib.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası insidentin səbəbini müəyyən etmək üçün araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR