Kolumbiyada 2 jurnalist öldürülüb

Kolumbiyada 2 jurnalist öldürülüb
# 28 avqust 2022 22:47 (UTC +04:00)

Naməlum şəxslər Kolumbiyanın Maqdalena departamentində 2 jurnalisti öldürüb.

APA-nın TASS-a istinadla xəbərinə görə, bu barərə “Caracol” radiosu məlumat yayıb.

Naməlum şəxslər Leyner Montero, Diliya Kontreras və Xoakin Qutyerresin olduğu avtomobilə odlu silahdan atəş açıblar. Montero və Kontreras hadisə yerində ölüb, Qutyerres ağır yaralı halda xəstəxanaya yerləşdirilib.

Şəhər rəhbərliyi hadisə ilə bağlı təcili iclas çağırıb. Leyner Montero yerli radionun rəhbəri idi. Digər jurnalistlər bir neçə media qurumunda işləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR