Nikaraquada avtobusun uçurumdan aşması nəticəsində 16 nəfər ölüb, 47 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
İmmiqrantları daşıyan avtobus iki nəqliyyat vasitəsinə çırpılandan sonra dərəyə aşıb.
Avtobusun içərisində 63 nəfər olub.
Nikaraqua polisindən verilən açıqlamada ölənlərdən 13 nəfəri Venesuela vətəndaşıdır.