Nyu-Yorkda binada yanğın olub, 40 sakin xəsarət alıb

Nyu-Yorkda  binada yanğın olub, 40 sakin xəsarət alıb
# 06 noyabr 2022 01:26 (UTC +04:00)

Şənbə günü Nyu-Yorkun mərkəzində çoxmərtəbəli yaşayış binasında baş verən yanğında ən azı 38 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Səhər saatlarında Manhettenin mərkəzindəki binanın 20-ci mərtəbəsində baş verən yanğına elektrikli velosiped akkumulyatorunun alışması səbəbindən olub.

İlkin versiyaya görə, sakinlərdən biri evdə belə avadanlıqların təmiri ilə məşğul olub.

Qəzetin qeyd etdiyi kimi, zərərçəkənlərdən 7 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR