Qvatemala prezidentinə sui-qəsd olub.
APA xəbər verir ki, bu barədə “Sonora” radiostansiyası məlumat yayıb.
Ölkə Prezidenti Alexandro Cammatteinin də olduğu nümayəndə heyətinə silahlı hücum nəticəsində bir neçə nəfər yaralanıb.
Alexandro Cammatteinin vəziyyətinin axşı olduğu bildirilir
Nümayəndə heyətini qoruyan hərbçilər hücum edənlərdən birini yaralayıb. İlkin məlumatlara görə,həmin şəxs Meksika vətəndaşıdır.
Hücum edənlərdən bəziləri Meksika ərazisinə qaçıb. Qonşu ölkənin hərbçiləri ən azı dörd Qvatemala vətəndaşını saxlayıb.