Ukrayna BMT-də Rusiya üçün xüsusi tribunalla bağlı səsvermə keçiriləcəyini bildirib

Ukrayna BMT-də Rusiya üçün xüsusi tribunalla bağlı səsvermə keçiriləcəyini bildirib
# 13 yanvar 2023 02:18 (UTC +04:00)

Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova BMT-yə üzv dövlətləri Rusiya Federasiyasının təcavüzkarlığı üzrə xüsusi tribunalın yaradılması haqqında qətnaməni dəstəkləməyə çağırıb. Qətnamə tezliklə Baş Assambleyaya təqdim olunacaq.

APA-nın Ukrinform”a istinadla məlumatına görə, bu barədə Caparova BMT Təhlükəsizlik Şurasının təşkil etdiyi beynəlxalq münasibətlərdə qanunun aliliyinə dair açıq debatda çıxışı zamanı bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, 88 il əvvəl ABŞ, Böyük Britaniya, Fransa və Sovet İttifaqı arasında London sazişi və Beynəlxalq Hərbi Tribunalın Nizamnaməsi imzalanıb və bu, Nürnberq məhkəməsinə yol açıb.

"Bu gün bizim etməli olduğumuz şey budur - təcavüz cinayətini araşdırmaq üçün xüsusi tribunal yaratmaq" – deyə diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR