Yerusəlim Bəyannaməsi imzalanıb, ABŞ-la İsrail yeni lazer silahları sahəsində əməkdaşlıq edəcək

Co Bayden, Yair Lapid

© APA | Co Bayden, Yair Lapid

# 14 iyul 2022 17:01 (UTC +04:00)

ABŞ və İsrail yeni lazer silahları sahəsində əməkdaşlıq edəcək.

APA xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Co Bayden jurnalistlərə deyib.

“Birləşmiş Ştatlar və İsrailin müdafiə sektorları israillilərin və amerikalı hərbçilərin həyatını müdafiə edə biləcək yeni yüksək enerjili lazer silah sistemlərində əməkdaşlıq edəcəklər", - Prezident Bayden bildirib.

Əlavə edək ki, bu barədə ABŞ-İsrail Strateji Tərəfdaşlıq üzrə Yerusəlim Birgə Bəyannaməsində də qeyd olunub.

“Ölkələr (ABŞ, İsrail) gələcəkdə İsrailin və ABŞ-ın təhlükəsizlik üzrə tərəfdaşlarının səmasını qorumaq üçün yüksək enerjili lazer silah sistemləri kimi, qabaqcıl müdafiə texnologiyaları sahəsində əməkdaşlıq edərək birgə müdafiə tərəfdaşlığını irəli aparmaqda öz maraqlarını ifadə edirlər”, - Birgə Bəyannamədə qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR