Qazaxıstan Azərbaycana buğda ixracını 3 dəfə artırıb

Qazaxıstan Azərbaycana buğda ixracını 3 dəfə artırıb
  • Clock-gray 10:55
  • calendar-gray 29 İyul 2019

Bu ilin yanvar-iyun aylarında Qazaxıstandan Azərbaycana buğda ixracı təxminən 3 dəfə artıb.

APA-nın “Xabar 24”ə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycan Qazaxıstandan 60 mln. ABŞ dolları məbləğində kənd təsərrüfatı məhsulu idxal edib ki, bunun da 57 mln. dolları buğda idxalının payına düşüb.

Bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 16% artaraq 136 mln. dollar təşkil edib. Bu dövr ərzində Qazaxıstan Azərbaycana 124 mln. dollar məbləğində məhsul ixrac edib (artım 33%).

Rəna Ağayeva

Digər xəbərlər

Arxiv

date