Azərbaycan fermerləri ötən il dövlət hesabına 2 335 ədəd texnika ilə təmin olunub - CƏDVƏL

Azərbaycan fermerləri ötən il dövlət hesabına 2 335 ədəd texnika ilə təmin olunub - CƏDVƏL
# 18 fevral 2020 16:45 (UTC +04:00)

Ötən il Azərbaycanda dövlət vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatı 2 dəfədən çox azalaraq 2 335 vahid təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, kənd təsərrüfatı sektorunda olan istehsalçılar ötən il 662 traktor, 225 taxılyığan kombayn və 45 pambıqyığan kombayn ilə təmin ediliblər. Bu 2018-ci illə müqayisədə təmin edilən taxılyığan kombaynların sayı 2 dəfəyə yaxın (91%) çoxalsa da, traktorların və pambıqyığan kombaynların sayı, müvafiq olaraq 2 dəfə və 2,2 dəfə azalıb.

Ötən il dövlət vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatına dair məlumat:

Texnika növü

2019-cu il

2018-ci il

2019-cu il 2018-ci ilə nisbətən, %

Traktor

662

1 346

49,2

Kotan

197

692

28,5

Səpici aqreqat

180

652

27,6

Taxılyığan kombayn

225

118

190,7

Çiləyici və tozlayıcı

77

212

36,3

Ot biçən

64

89

71,9

Gübrəsəpən

64

65

98,5

Taxıl (toxum) təmizləyən

28

30

93,3

Mala

80

219

36,5

Pambıqyığan kombayn

45

101

44,6

Ot dırmığı

29

32

90,6

Traktor yedəkləri

180

588

30,6

Kombayna qoşulan biçici aqreqat

20

27

74,1

Kultivator

188

259

72,6

Ot, küləş presləyən

21

60

35,0

Bağarası frez

13

25

52,0

Çuğundurçıxaran

5

13

38,5

Digər kənd təsərrüfatı texnikası

257

634

40,5

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR