Azərbaycan meyvə-tərəvəz ixracını yanvar-oktyabrda 2,6% artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını yanvar-oktyabrda 2,6% artırıb
# 16 noyabr 2020 17:05 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrə dəyəri 467 259,81 min ABŞ dolları dəyərində 463 392,44 ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 2,6% artıb, həcmi isə 0,8% azalıb.

Qeyd edək ki, bu ilin 10 ayında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarını əsasən tomat, meşə fındığı, alma və xurma təşkil edib.

Hesabat dövründə 173 018,91 min dollar dəyərində 160 269,21 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 17,2% və 14,8% çoxdur.

Cari ilin yanvar-oktyabr ayları ərzində 86 623,13 min dollar dəyərində (14,4% azalma) 14 190,21 ton (azalma 23,5%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 21 201,31 min dollar dəyərində 51 191,70 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 26,4%, həcm isə 27% azalma müşahidə olunub.

Bu ilin 10 ayı ərzində ölkədən 35 373,86 min dollar dəyərində (25,6% azalma) 50 180,14 ton (azalma 24,7%) xurma ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR