Azərbaycan ötən il Rusiyanın əsas ağ şəkər tədarükçülərindən olub

Azərbaycan ötən il Rusiyanın əsas ağ şəkər tədarükçülərindən olub
# 10 fevral 2021 11:11 (UTC +04:00)

2020-ci ilin nəticələrinə görə, Belarus və Azərbaycan Rusiyaya əsas ağ şəkər tədarükçüləri qismində çıxış edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, ötən il Rusiyaya ağ şəkər idxalı 179,2 min ton təşkil edib, bu da bir il öncəki göstəricidən 40% azdır. Ötən il Rusiyaya ağ şəkər idxalında Belarusun payı 98,29%, Azərbaycanın isə 0,49% təşkil edib.

Bununla yanaşı, ötən il Rusiyadan ağ şəkər ixracı 2019-cu ilə nisbətdə 70,7% artaraq 1 030,2 min ton təşkil edib. Keçən il bu məhsul üzrə əsas idxalçı ölkələr Qazaxıstan (23,56%) və Özbəkistan (22,71%) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR