Azərbaycan şəkər ixracını azaldıb

Azərbaycan şəkər ixracını azaldıb
# 14 sentyabr 2020 17:30 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 27 318,11 ton şəkər ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 41,2% azdır.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin səkkiz ayında 11 484,81 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 43% azdır.

Cari ilin yanvar-avqust aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,12%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR