Azərbaycan və Rusiyanın bitki karantini üzrə informasiya sistemləri inteqrasiya olunacaq

Azərbaycan və Rusiyanın bitki karantini üzrə informasiya sistemləri inteqrasiya olunacaq
# 12 fevral 2021 15:16 (UTC +04:00)

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki karantini sahəsində informasiya sistemlərinin inteqrasiyasına keçid haqqında protokol layihəsini nəzərdən keçirib.

APA-Economics”un xəbərinə görə, “Rosselxoznadzor”un yaydığı məlumatda bildirilir ki, tərəflər informasiya sistemlərinin inteqrasiyasının effektivliyini və vacibliyini qəbul edib, texniki mütəxəssislər səviyyəsində məsləhətləşmələrin davam etdirilməsinə dair razılığa gəliblər.

Hazırda protokolun layihəsi Rusiya tərəfində daxili təsdiq prosedurlarından keçir. Daha sonra sənəd Rusiya Xarici İşlər Nazirliyi vasitəsi ilə Azərbaycana göndəriləcək.

Tərəflər, eyni zamanda, elektron fitosanitar sertifikatların mübadiləsinə keçid çərçivəsində gələcək tədbirləri də müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR