Azərbaycan yanvar-sentyabrda Rusiyaya 152 min tondan çox pomidor ixrac edib

Azərbaycan yanvar-sentyabrda Rusiyaya 152 min tondan çox pomidor ixrac edib
# 14 dekabr 2020 10:18 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiyaya 166,6 mln. ABŞ dolları dəyərində 152 212,76 ton həcmində pomidor ixrac edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2019-cu ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 17,6%, həcm ifadəsində isə 14,8% çoxdur. Hesabat dövründə Azərbaycanın ümumi tomat ixracının 98,2%-i Rusiyanın payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz bəndi azdır. Ümumilikdə isə Azərbaycan yanvar-sentyabr aylarında 167,8 mln. dollarlıq 154 980,2 ton pomidor ixrac edib.

Qeyd edək ki, 10 dekabrdan etibarən "Rosselxoznadzor" Azərbaycandan Rusiyaya tədarük olunan pomidor və alma məhsullarına məhdudiyyətlər tətbiq edib. Səbəb kimi bu məhsullarda Cənubi Amerika pomidor güvəsinin ((Tuta absoluta (Povolny) və Şərq güvəsinin (Grapholita molesta (Busck)) aşkar olunması qeyd olunur. Bundan əlavə, sözügedən qurum dekabrın 11-dən Özbəkistanın Kaşkadarya bölgəsindən və dekabrın 14-dən Ermənistanın Armavir bölgəsindən Rusiyaya pomidor və bibər idxalını qadağan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR