Azərbaycanda yumurta istehsalı azalıb

Azərbaycanda yumurta istehsalı azalıb
  • Clock-gray 11:53
  • calendar-gray 17 Mart 2021

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 301,7 mln. ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,5% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bununla yanaşı hesabat dövründə ölkədə quş əti də daxil olmaqla diri çəkidə 85,4 min ton ət və 314,2 min ton süd istehsal olunub. Bu göstəricilər üzrə ötən ilin ilk iki ayı ilə müqayisədə müvafiq olaraq ət istehsalı üzrə 3%, süd istehsalı üzrə 1,5% artım qeydə alınıb.

Hüseyn Vəliyev

Digər xəbərlər