Azərbaycandakı fermerlərə bu il 65 mln. manatdan çox kredit verilib

Azərbaycandakı fermerlərə bu il 65 mln. manatdan çox kredit verilib
# 30 noyabr 2020 12:51 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə 5 623 kənd təsərrüfatı məhsulları istehsalçılarına 65 mln. manatdan çox kredit ayırıb.

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu vəsaitin 32 mln. manatdan çoxu mikrokredit və digər təyinatlı kreditlər, 33,4 mln. manatı isə kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli şərtlərlə maliyyələşdirilməsi üçün ayrılan kreditlərdir.

Ayrılan kredit vəsaitinin 20,6 mln. manatı mikrokreditlərin payına düşüb. Mikrokreditlərdən 2 200 nəfərdən artıq fermer faydalanıb.

Qeyd edək ki, AKİA vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının aldıqları damazlıq heyvanın qiymətinin 60%-i, texnikanın qiymətinin isə 40%-i dövlət tərəfindən ödənilir.

Hesabat dövründə fermerlərin texnika və damazlıq heyvan almasına AKİA tərəfindən 75,7 mln. manatdan çox subsidiya verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR