Azərbaycandan şəkər ixracı kəskin artıb

Azərbaycandan şəkər ixracı kəskin artıb
# 20 fevral 2021 11:13 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycan 3 066,00 ton şəkər ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında 1 512,73 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 3 dəfəyədək üstələyir.

Cari ilin yanvar ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,09%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,04%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR