FAO ərzaq məhsullarının qlobal bahalaşmasının səbəbini açıqlayıb

FAO ərzaq məhsullarının qlobal bahalaşmasının səbəbini açıqlayıb
# 12 dekabr 2020 18:20 (UTC +04:00)

İstər beynəlxalq, istərsə də yerli miqyasda ərzaq qiymətlərinin artması bir sıra amillərdən asılıdır və yalnız dolayı yolla pandemiya ilə əlaqəlidir.

"APA-Economics"in məlumatına görə, bunu TASS-a açıqlamasında BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Abdolreza Abbassian deyib.

Onun sözlərinə görə, pandemiya səbəbindən ilin əvvəlində ərzaq qiymətlərindəki dəyişkənlik qorxularının ümumiyyətlə reallaşmayıb: "Bəli, beynəlxalq səviyyədə son göstəricilər qiymətlərin keçən ilə nisbətən artmasına işarə edir və artmaqda davam edir. Lakin bunun səbəbinin pandemiya olduğunu deyə bilmərik. Bu, amillərin daha mürəkkəb birləşməsinin nəticəsidir: yüksək tələbat, müəyyən məhsul növlərinin tədarükü, makroiqtisadi səbəblər. Bu, pandemiyanın heç bir şəkildə təsir etmədiyi anlamına gəlmir, ancaq bu cəhəti digər aspektlərdən ayırmaq çətindir".

Ekspert beynəlxalq və yerli bazarlarda meyllərin fərqli olduğunu qeyd edir: "Çox şey bir ölkənin idxalçı və ya ixracatçı olmasından asılıdır. Bir çox ixracatçı ölkə maddi-texniki problemlərlə üzləşib. Öz növbəsində, idxal edən ölkələr gecikmələrin narahatlıq doğurduğu oxşar tədarük problemləri ilə üzləşib. İxrac edən ölkələr ümumiyyətlə çətinlikləri aradan qaldırdı, idxalçı ölkələr isə iqtisadi tənəzzül, mənfi artım, yerli valyutanın ucuzlaşması və inflyasiya kimi digər problemlərlə qarşılaşıb. Pandemiyanın təsir dərəcəsi ölkənin ümumi iqtisadi vəziyyətindən asılıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR