Gürcüstan bu il Azərbaycandan 2 mln. dollarlıq çay idxal edib

Gürcüstan bu il Azərbaycandan 2 mln. dollarlıq çay idxal edib
# 23 iyun 2020 16:41 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 1 977,8 min ABŞ dolları dəyərində 324,3 ton çay idxal edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirib.

Qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalı dəyər baxımından 177,8 min dollar və ya 9,9%, həcm baxımından isə 29,5 ton və ya 10% çoxdur.

Xatırladaq ki, Gürcüstan 2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycandan 1 800 ton çay idxal edib ki, bunun da ümumi dəyəri 294,8 min dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR