Gürcüstan yanvarda Azərbaycana gübrə ixracını kəskin artırıb

Gürcüstan yanvarda Azərbaycana gübrə ixracını kəskin artırıb
# 20 fevral 2021 11:55 (UTC +04:00)

Bu ilin yanvarında Gürcüstan Azərbaycana 930.56 min ABŞ dolları dəyərində 5 673.31 ton azotlu gübrə ixrac edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, Azərbaycana ixrac edilən məhsulun dəyəri ötən ilin yanvar ayı ilə müqayisədə 21.6 dəfə, çəkisi isə 22.6 dəfə çoxdur.

Hesabatda qeyd olunub ki, 2020-ci ilin yanvarında Gürcüstan Azərbaycana 43.15 min dollar dəyərində 251.36 ton gübrə ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR