Moskvadan Azərbaycana qida məhsullarının ixracı yanvar-sentyabrda 2% artıb

Moskvadan Azərbaycana qida məhsullarının ixracı yanvar-sentyabrda 2% artıb
# 11 dekabr 2020 16:50 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Moskva şəhərindən qida məhsullarının Azərbaycana ixracı illik ifadədə 2% artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Moskva İxrac Mərkəzinin açıqlamasında deyilir.

Qeyd olunan müddətdə qida məhsullarının tədarükü Qazaxıstana 22%, Belarusa 39%, Qırğızıstana 6%, Ukraynaya isə 12% artıb.

Rusiya paytaxtının qida sənayesinin ən populyar məhsulları sırasında zərif şəkər, un və süd əsaslı uşaq qidaları, itlər və pişiklər üçün qidalar, şokolad məhsulları, hazır qəhvə, dondurma, içməli və təsərrüfat suları yer alıb.

Qeyd olunur ki, Moskvanın qida sənayesi məhsullarının ixracı 2020-ci ilin yanvar-sentyabr aylarında 3,3% artaraq 733,7 mln. ABŞ dollara çatıb. Rusiyanın ümumi ixrac həcmində paytaxtın bu seqment üzrə payı 9,2% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR