Stavropolun kənd təsərrüfatı məhsulları ixrac etdiyi ölkələr siyahısına Azərbaycan başçılıq edir

Stavropolun kənd təsərrüfatı məhsulları ixrac etdiyi ölkələr siyahısına Azərbaycan başçılıq edir
# 27 iyul 2020 15:37 (UTC +04:00)

Rusiyanın Stavropol vilayəti bu il Azərbaycana 59 mln. ABŞ dollarından artıq aqro-sənaye kompleksi məhsulları ixrac edib.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycana göndərilən məhsulun böyük hissəsini taxıl təşkil edib.

Məlumata əsasən, Azərbaycan vilayətin aqro-sənaye kompleksi məhsullarını ixrac etdiyi ölkələr arasında liderdir. Azərbaycandan sonra bu siyahıda Çin, Gürcüstan, Səudiyyə Ərəbistanı və Ukrayna qərarlaşıb.

Hazırda Stavropol vilayəti öz aqro-sənaye kompleksi məhsullarını 50-dən çox ölkəyə ixrac edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR