Ağcabədidə yığılan pambığın miqdarı açıqlanıb

Ağcabədidə yığılan pambığın miqdarı açıqlanıb
# 22 oktyabr 2022 12:20 (UTC +04:00)

Azərbaycanda pambığın mexanikləşdirilmiş üsulla kütləvi yığımı davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, məhsul yığımı prosesinə 447 pambıqyığan kombayn və 3085 traktor yedəyi cəlb olunub.

Texnikaların sayı məhsulun 100 faizə yaxınını mexaniki üsulla yığmağa imkan verir.

Bu il ölkə üzrə 16 rayonda 100 min hektardan artıq sahədə pambıq əkilib. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad, Bərdə, Salyan, Neftçala və Beyləqan rayonları ərazisində əkilib. Bu rayonlarda pambıq sahələrinin həcmi 8 min hektardan çoxdur.

Bu il Ağcabədi rayonunda 11838 hektar sahədə pambıq əkini aparılıb. Ağcabədili fermerlər bugünədək sahələrdən 16 min tondan çox pambıq yığaraq tədarük məntəqələrinə təhvil veriblər. Hazırda rayon üzrə orta məhsuldarlıq 14 sentner təşkil edir. Sahələrdə bol məhsul olması səbəbilə bu il mövsümün sonunda Ağcabədidə pambıq üzrə orta məhsuldarlığın çox yüksək olacağı gözlənilir.

Ağcabədidə pambıq emalı və tədarükü məntəqələri satın alınan məhsulun hər tonuna görə qiyməti 100 manat artırıblar. Ötən il 1-ci sort pambığın bir tonu 700 manata alınırdısa, bu il qiymət 800 manata qaldırılıb. Aqrar Subsidiya Şurasının qərarına görə, 2022-ci il pambıq mövsümü üçün yalnız məhsul subsidiyası vermək barədə qərar qəbul edib. Məhsul subsidiyasının miqdarı hər tona görə 70 manat artırılıb. Bu il fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə dövlətdən 170 manat məhsul subsidiyası alacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR