ASF fermerlərə qeyri-sabit hava şəraiti ilə bağlı müraciət edib

ASF fermerlərə qeyri-sabit hava şəraiti ilə bağlı müraciət edib
# 23 iyun 2022 15:33 (UTC +04:00)

Ölkənin bir sıra ərazilərində hava şəraiti dəyişib, yağıntılı hava müşahidə olunub. Bəzi yerlərdə yağış xüsusilə intensiv xarakter alıb və müəyyən fəsadlar törədib.

Aqrar Sığorta Fondundan “APA-Economics”ə verilən məlumata görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq əkin sahələrini sığortalayan fermer və sahibkarlara öz sahələrinə baxış keçirmək və hadisə baş verdiyi halda fonda müraciət etmək tövsiyə olunur.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən – dolu, donvurma (şəxtavurma), leysan yağışları, subasma, qasırğa, fırtına və sair hallardan sığortalayır. Artıq belə halların əkin sahələrinə zərəri ilə bağlı ilkin sığorta hadisələri barədə müraciətlər daxil olmağa başlayıb.

Təbiət hadisələri təsərrüfatlara böyük təhlükə yaradır. Bunun qarşısını almaq və gəlirləri qorumaq üçün aqrar sığortadan faydalanmaq ən sərfəli üsuldur Təsərrüfatlarını sığorta edən fermerləri baş verən sığorta hadisələri barədə Fonda vaxtında məlumat vermək tövsiyə olunur. Hava şəraitinin pisləşməsi və sığorta hadisələri nəticəsində sığortalı təsərrüfatlara dəyən zərər qarşılanacaq. Bunun üçün təsərrüfatlara və əkin sahələrinə baxış keçirmək, hadisə baş verdiyi təqdirdə, fondu məlumat vermək tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR