Azərbaycan fermerlərinə kartlar paylanılacaq

Azərbaycan fermerlərinə kartlar paylanılacaq
# 01 avqust 2019 12:42 (UTC +04:00)

Bu ilin sonuna Azərbaycandakı fermerlərə fermer kartlarının paylanmasına başlanılacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, fermer kartları subsidiya alan fermerlər üçün hazırlanan xüsusi bank kartlarıdır: "Bu kartlar vasitəsilə onlar bir çox funksiyaları həyata keçirə biləcəklər. Ödənişlər hamısı nağdsız qaydada həyata keçiriləcək. Kartlar “Kapital Bank” tərəfindən təqdim olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR