Azərbaycan fındıq üzrə əkin sahələrini 84 min hektara çatdıracaq

Azərbaycan fındıq üzrə əkin sahələrini 84 min hektara çatdıracaq
# 03 oktyabr 2019 10:16 (UTC +04:00)

Azərbaycan yaxın vaxtlarda fındıq üzrə əkin sahələrinin ərazisini 84 min hektara çatdırmağı planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bunu Aqrar Tədqiqatlar Mərkəzini rəhbəri Firdovsi Fikrətzadə Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA) və İslam İnkişaf Bankı tərəfindən Bakıda təşkil edilmiş “Strateji məhsul” adlı seminarda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, ölkə qısa zaman ərzində fındıq bağlarının ərazisini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 37 min hektardan 74 min hektara çatdırılıb.

Fındıq sahələrin artırılması Azərbaycanın bu sahədə ixrac potensialının artırılmasına imkan yaradacaq, deyə F. Fikrətzadə qeyd edib.

Qeyd edək ki, hazırda Azərbaycan dünyada fındıq istehsal edən ölkələrin ilk beşliyinə daxildir (Türkiyə, Gürcüstan, İtaliya və ABŞ ilə birlikdə).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR