Azərbaycan şərabı Gürcüstanda keçirilən beynəlxalq festivalda sərgilənir

Azərbaycan şərabı Gürcüstanda keçirilən beynəlxalq festivalda sərgilənir
# 13 iyun 2019 13:47 (UTC +04:00)

Tbilisidə “WinExpo Georgia 2019” 12-ci Beynəlxalq Şərab festivalı işə başlayıb. APA-nın yerli bürosu xəbər verir ki, festivalda Azərbaycanda istehsal edilən 10 çeşiddə 100-dən artıq alkoqollu və alkoqolsuz şərab məhsulları, konyak və araq sərgilənir.

Festivalın açılışında iştirak edən Gürcüstanın kənd təsərrüfatı naziri Levan Davitaşvili Azərbaycan stendi ilə tanış olub və şərab məhsullarının dadına baxıb.

Azərbaycan stendində təqdim edilən Ağsu nar şərabı böyük marağa səbəb olub.

Tədbirdə 110 şirkətin təqdim etdiyi şərab məhsulları ilə yanaşı şərabçılıq avadanlıqları, xüsusi qurğu və maşınlar, bağlama və etiketlər nümayiş olunur.

Qeyd edək ki, 12 ölkədən 160 şirkətin təmsil olunduğu beynəlxalq festival iyunun 15-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR