Azərbaycana çayın idxal dəyəri 15% artıb

Azərbaycana çayın idxal dəyəri 15% artıb
# 19 sentyabr 2022 11:55 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 8 511,3 min ABŞ dolları dəyərində 1 401,69 ton çay ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki göstəricidən müvafiq olaraq 54% və 92% çoxdur.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,03%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,45%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 48 204,47 min dollar dəyərində 9 533,5 ton çay idxal olunub. 2021-ci ilin yanvar-avqust ayının göstəricisi ilə müqayisədə çay idxalının dəyəri 15% artıb, həcmi isə 2,7% azalıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,54% təşkil edib. 2022-ci ilin ilk səkkiz ayında (2021-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 5,6 dəfə, həcm ifadəsində isə 6,8 dəfə üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR