Azərbaycan yeyinti məhsullarının idxalını 18% artırıb

Azərbaycan yeyinti məhsullarının idxalını 18% artırıb
# 16 oktyabr 2019 15:15 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1 150 944,4 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 18% çoxdur. Ümumiyyətlə, cari ilin birinci yarısında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 11,1% təşkil edib.

Hesabat dövründə ölkəyə 56 568,77 min dollar dəyərində 37 390,31 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 14,7 və 9,1% üstələyir.

Cari ilin 9 ayı ərzində ölkəyə 10 294,42 min dollar dəyərində (artım - 17%) 6,3 min tonadək (0,8% daha çox) süd idxal olunub. Ölkəyə həmçinin 49 812,61 min dollar dəyərində 9,84 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub ki, bu göstərici üzrə həcm olaraq 13% artım, dəyərində isə 2,5% azalma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR