Azərbaycanda barama istehsalının həcmi 21 illik maksimuma çatıb

Azərbaycanda barama istehsalının həcmi 21 illik maksimuma çatıb
# 17 iyul 2019 12:53 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% artaraq 252,5 min ton təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə süd istehsalı 2% artaraq 1 037,2 min ton, yumurta istehsalı 4,5% artaraq 926,9 mln. ədəd, yun istehsalı isə 0,8% artaraq 14,6 min ton olub. Bundan başqa, ölkədə 636,6 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir.

Cari ilin iyulun 1-i vəziyyətinə ölkə üzrə 2 674,0 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 284,9 min baş inək və camış, 8 542,7 min baş qoyun və keçi və 6 292 baş donuz mövcud olub. İribuynuzlu mal-qaranın 48,1%-ni inək və camışlar təşkil edib.

Bu ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 33,8 min ton (ötən illə müqayisədə 14,2%-lik azalma) quş əti və 359 mln. ədəd (6%-lik artım) yumurta istehsal olunub.

Ümumilikdə, fabriklər üzrə cəmi quşların sayı 13 316,2 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 101 ədəd yumurta alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR