Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalı ƏDV-dən azad edilir

Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalı ƏDV-dən azad edilir
  • Clock-gray 13:49
  • calendar-gray 27 İyun 2019

Kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikasının istehsalı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

APA-nın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında  birinci oxunuşda müzakirəyə çıxarılıb.

Bununla bərabər, kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışının da ƏDV-dən azad edilməsi təklif olunur.

Qeyd edək ki, hazırda kənd təsərrüfatı təyinatlı texnikanın idxalı və satışı ƏDV-dən azaddır.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib.

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date