Elmin Rəhmanov: "Azərbaycanda texnika bazarı kifayət qədər liberallaşıb"

Elmin Rəhmanov: "Azərbaycanda texnika bazarı kifayət qədər liberallaşıb"
  • Clock-gray 18:29
  • calendar-gray 09 Sentyabr 2019

Azərbaycanda texnika bazarı kifayət qədər liberallaşıb və bu o deməkdir ki, ölkəyə istənilən şirkət istənilən texnikanı gətirə bilər.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Aqrolizinq" ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov deyib.

Onun sözlərinə görə, əgər əvvəlki dövrlərdə texnika satışı 40%-lik dövlət güzəşti ilə yalnız "Aqrolizinq" ASC vasitəsilə həyata keçirilirdisə, artıq müvafiq fərman ilə həmin güzəştin verilməsi bütün şirkətlər tərəfindən həyata keçirilə bilir.

"Bu o deməkdir ki, artıq istənilən şirkət texnika bazarına məhsul gətirə bilər və istənilən fermer həmin texnikanı istədiyi şirkətdən ala bilər. “Aqrolizinq”in Gəncə Avtomobil Zavoduna texnika sifariş verilməsi bilavasitə bazarda texnika təminatından asılı olan bir məsələdir. Bu gün bizim bazalarımızda ötən illər ərzində alınan texnikalar mövcuddur ki, hazırda biz onların satışını həyata keçiririk. Əgər gələcəkdə hər hansı texnikanın sifariş verilməsinə zərurət yaranarsa, təbii ki, biz onların alınması məsələsinə baxa bilərik", - deyə E. Rəhmanov qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date