Azərbaycanda yeni və daha məhsuldar buğda növləri hazırlanır

Azərbaycanda yeni və daha məhsuldar buğda növləri hazırlanır
# 16 may 2022 13:34 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutlarının apardığı araşdırmalar yeni və daha məhsuldar buğda növlərinin hazırlanmasına yönəlib.

Bunu “APA-Economics”ə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirliyinin protokol rəhbəri Toğrul Qafarbəyli deyib.
Onun sözlərinə görə, ölkənin buğda ilə birbaşa təminatının yerli toxumlar üzərində aparılması, qida təhlükəsizliyi baxımından çox önəmli rol oynayır.
“Burada elmi tərəflə yanaşı suvarma və su təsərrüfatının formalaşdırılması çox böyük faktorlardan biri hesab olunur. Hesab edirik ki, bu vəhdətin formalaşdığı yerdə yüksək göstəricilər əldə oluna bilər”, - deyə Toğrul Qafarbəyli qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR