Azərbaycanın meyvə-tərəvəz ixracı 10% azalıb

Azərbaycanın meyvə-tərəvəz ixracı 10% azalıb
# 22 iyun 2022 16:05 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 219 242,95 min ABŞ dolları dəyərində 192 263,4 ton meyvə-tərəvəz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin yanvar-may ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 6,3% artıb, həcmi isə 10,1% azalıb.

Qeyd edək ki, ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.

Hesabat dövründə, 91 049,7 min dollar dəyərində 75 772,02 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 4,6% çox və 0,3% azdır.
Cari ilin yanvar-may ayları ərzində 53 760,41 min dollar dəyərində (39,3% artım) 9 576,5 ton (artım 49,8%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin, 12 043,36 min dollar dəyərində 18 117,58 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 14,1% artım, həcm olaraq isə 24,7% azalma müşahidə olunub.

Bu ilin yanvar-may aylarında ölkədən 29 669,59 min dollar dəyərində (6,9% az) 39 075,65 ton (azalma 7,7%) xurma ixrac olunub.

Hesabat dövründə, nar ixracının dəyəri 18,8% azalaraq 2 424,00 min dollar, həcmi isə 19,3% azalaraq 1 541,27 ton təşkil edib.

İxrac üzrə hesabata əsasən, bu ilin ilk beş ayında 14 822,77 min dollar dəyərində 33 323,94 ton kartof məhsulu ixrac olunub ki, bu da illik ifadədə dəyər baxımından 30,6%, həcm ifadəsində isə 33,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR