Gələn il Azərbaycanda Rusiya kombaynları istehsal olunacaq

Gələn il Azərbaycanda Rusiya kombaynları istehsal olunacaq
# 18 may 2022 12:21 (UTC +04:00)

Rusiyanın “Rostselmaş” şirkəti gələn ildən etibarən Azərbaycanda “Nova” kombaynlarının istehsalına başlamağı planlaşdırır.

Bunu "APA-Economics"ə şirkətin yeni bazarlara satış üzrə direktoru Maksim Maksimov deyib.

Onun sözlərinə görə, şirkətin cari ilə olan planlarına kənd təsərrüfatı maşınlarının Azerbaycanda satışı daxildir ki, bu texnikaya olkədə tələbat böyükdür.

"Həmçinin, burada istehsal olunacaq avadanlıqların üçüncü ölkələrə də satışı nəzərdə tutulur. İlk növbədə, bunlar Azərbaycanla həmsərhəd ölkələrdir. Məsələn, İrana birbaşa satışlarımız var, lakin Azərbaycan üzərindən satışlar həm bizə, həm və tərəfdaşlarımıza maraqlı olardı",- deyə Maksim Maksimov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR