Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş fərdi evlərin sənədləşdirilməsi təklif olunub

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş fərdi evlərin sənədləşdirilməsi təklif olunub
# 26 yanvar 2023 11:53 (UTC +04:00)

“Bələdiyyə torpaqlarının təftiş olunmasına ehtiyac var. Torpaqların təyinatından kənar istifadəsinə icazə verən insanlar müəyyənləşməli və məsuliyyətə cəlb olunmalıdır”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Azər Badamov bildirib.

Azər Badamov deyib ki, əgər o torpaqlar örüş üçün nəzərdə tutulubsa, niyə fərdi evlərin tikintisinə icazə verildiyi araşdırılmalıdır: “Artıq fərdi evləri o torpaqlardan sökmək düzgün deyil. Həmin fərdi evlərin sənədləşdirilməsi məsələsi həllini tapmalıdır. Həmin ərazilərin təyinatının dəyişdirilməsi və evlərin sənədləşməsi məsələsi həllini tapmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR