“Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi yaradılacaq

“Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi yaradılacaq
# 14 aprel 2023 12:28 (UTC +04:00)

“Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi yaradılacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.

“Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi “Elektron kənd təsərrüfatı” informasiya sisteminin strukturuna daxil olacaq.

“Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi vasitəsilə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müraciətlərin qəbulu, baxılması və cavablandırılması təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR