Naxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı 3,4% artıb

Naxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı 3,4% artıb
# 21 avqust 2019 12:56 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 244 713 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.

APA-Economics”in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsal həcmi 3,4% artıb.

Cari ilin 7 ayı ərzində diri çəkidə ət istehsalı 13348,1 ton, süd istehsalı 60358,4 ton olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7%, süd istehsalı isə 1,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR