Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 4%-dək artıb

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 4%-dək artıb
# 21 aprel 2022 10:36 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 32,8 mln. manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 3,8% çoxdur.
Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə diri çəkidə ət istehsalı 6926 ton, süd istehsalı 13443,7 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,2%, süd istehsalı isə 1,3% artıb.
Ümumilikdə, muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR